...

Dünya Bankı Azərbaycanı "Doing Business"i əvəz edəcək yeni məruzəyə daxil edir

İqtisadiyyat Materials 2 May 2023 17:43 (UTC +04:00)
Dünya Bankı Azərbaycanı "Doing Business"i əvəz edəcək yeni məruzəyə daxil edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Azərbaycanı yeni "Business Ready" (B-Ready) layihəsinə daxil edəcək.

Trend bu barədə çərşənbə axşamı Dünya Bankına istinadən xəbər verir.

""Doing Business"i əvəzləyəcək "В-Ready" məruzəsi ölkələrdə investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək. Məruzənin ilk buraxılışının 2024-cü ildə dərc olunacağı planlaşdırılır. Bundan başqa, yeni məruzədə 54 iqtisadiyyat əhatə olunacaq", - Dünya Bankının məlumatında deyilir.

Həmçinin bankın mətbuat xidmətindən verilən məlumata görə, "B-Ready" məruzəsində biznesin qurulması, biznesin yerləşdirilməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergiqoyma, bazar rəqabəti, mübahisələrin həlli və iflas kimi mövzulara xüsusi diqqət yetiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti