...

Nüvə tədqiqatları ilə bağlı kadr hazırlığı aparılır - Muxtar İmranov

İqtisadiyyat Materials 2 May 2023 15:41 (UTC +04:00)
Nüvə tədqiqatları ilə bağlı kadr hazırlığı aparılır - Muxtar İmranov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev kimi şəxsiyyətlər heç 100 ildə bir də gəlmir.

Trend xəbər verir ki, bunu "Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı" çərçivəsində jurnalistlərə açıqlaması zamanı Milli Nüvə Tədqiqatları mərkəzinin əməkdaşı, Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti Muxtar İmranov deyib.

O bildirib ki, Heydər Əliyevin ideologiyası bu gün də yaşayır.

“Böyük fəxr hissi ilə qeyd edirəm ki, Heydər Əliyevin xaricə təhsil almaq üçün göndərsiyi gənclər içində mən də varam. 1976-ci ildə o zamanki Dirjinskiy adına klubda (indiki Şəhriyar adına klub) böyük bir tədbir keçirildi və Ümumilli Lider böyük bir çıxış etdi. Bundan sonra Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər xaricdə təhsil almaları üçün yola salındılar. Mən Moskva Energetika İnstitutunun Enerji Fizikası fakültəsini bitimişəm.

Nüvə tədqiqatları ölkədə yeni bir sahədir. Bu günə qədər bu sahədə kadr hazırlığı aparılır. Hesab edirəm ki, perspektivlər böyükdür, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti