Bakı. Trend:
Türkiyənin Roketsan şirkəti yeni UMTAS-GM raketinin istehsalına başlayır.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Roketsan şirkətinin direktoru Murat İkinci bildirib.
O, il sonuna qədər kütləvi istehsalı tamamlayıb raketləri istifadəçilərə təqdim etməyi hədəflədiklərini bildirib:
"Bundan əlavə, tank əleyhinə raketlərə olan ehtiyac Türkiyənin milli imkanları ilə qarşılanacaq".
Qeyd edək ki, UMTAS-GM-nin həm ATAK-2 Ağır Sinif Hücum Helikopterinin, həm də quruda yerləşən tank əleyhinə bölmələrin əsas vurucu gücünü təmin edəcəyi gözlənilir.