...

Roketsan yeni havadan atılan ballistik raketlərin istehsalına başlayır

İqtisadiyyat Materials 3 May 2023 15:21 (UTC +04:00)
Roketsan yeni havadan atılan ballistik raketlərin istehsalına başlayır

Bakı. Trend:

Türkiyənin Roketsan şirkəti Pilotsuz Uçuş Aparatları üçün yeni İHA-122 havadan atılan ballistik raketlərin istehsalına başlayır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Roketsan şirkətinin direktoru Murat İkinci bildirib.

Məlumata əsasən, yeni ballistik raketlər daha öncə hazırlanan İHA-230 kimi səsdən yüksək sürətə malik olacaq.

Qeyd edək ki, Roketsan tərəfindən istehsal edilən İHA-230 səsdən yüksək sürətli raketi 150+ kilometr uçuş məsafəsinə malikdir. Hissəcik effektli döyüş başlığına sahib olan İHA-230-da müxtəlif hədəf tiplərinə qarşı zirehli deşici və ya termobarik döyüş başlığı variantları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti