...

ABŞ Azərbaycan və Mərkəzi Asiya arasında enerji dialoqunu dəstəkləyir - Dövlət katibinin köməkçisi

İqtisadiyyat Materials 1 İyun 2023 18:53 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycan və Mərkəzi Asiya arasında enerji dialoqunu dəstəkləyir.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Pyatt keçirdiyi brifinqdə deyib.

“ABŞ, məsələn, Azərbaycan və Türkmənistan arasında gedən enerji danışıqlarını, həmçinin Qazaxıstanla, xüsusən də Qazaxıstanın “KazMunayQaz” şirkəti ilə SOCAR arasında kommersiya əməkdaşlığını dəstəkləyir”, - o bildirib.

Pyatt qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Avropa bazarına çıxış qapısı kimi çıxış edir.

“Biz əsas neft və qaz istehsalçısı kimi unikal rol oynayan - çox mürəkkəb coğrafiyada yerləşən Mərkəzi Asiya ölkələri üçün bariz "qapı" olan Azərbaycanla enerji tərəfdaşlığını qoruyub saxlamaqda qərarlıyıq. Çünki bunlar strateji əhəmiyyət kəsb edən enerji əlaqələridir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti