...

SOCAR ilə TPAO arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 1 İyun 2023 21:04 (UTC +04:00)
SOCAR ilə TPAO arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

1 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə Anlaşma Memorandumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə imzalanmasının ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq, yüksək səviyyəli strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğu vurğulanıb.

Görüş çərçivəsində TPAO nəzdində fəaliyyət göstərən Zonguldak peşə məktəbində 10 azərbaycanlı tələbənin təhsil alması ilə bağlı razılıq əldə edilib, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəfləndiyi vurğulanıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi, SOCAR-ın ən böyük sərmayələrinin qardaş Türkiyəyə yatırıldığı, birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Memorandum TPAO Akademiyası və SOCAR tərəfindən təşkil edilən təlimlərdə hər iki şirkətin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, uzunmüddətli təcrübə proqramlarının təşkili, alternativ enerji, dekarbonizasiya, davamlı inkişaf, tədqiqat, innovasiya, həmçinin inzibati sahələrdə birgə layihə və tədbirlərin keçirilmə imkanlarının araşdırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti