Bakı. Trend:
Bu gün Mərkəzi Bankda Dünya Bankının nümayəndə heyətilə görüş keçirilib.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov öz tvitter səhifəsində yazıb.
Görüş zamanı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru cənab
Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande
Pryce və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım
Stefanie Stallmeisteri təqdim etdi.
Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək
əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi apardıq. Eyni
zamanda DB və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım
layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki
yardım istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik.