...

DSMF-nin gəlir və xərcləri artırılır

İqtisadiyyat Materials 6 İyun 2023 12:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərcləri artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, DSMF büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268,0 milyon manat təşkil edəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti