...

Könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb (FOTO)

İqtisadiyyat Materials 7 İyun 2023 14:18 (UTC +04:00)
Könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

Gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 9-cu “Könüllü gömrükçü” dəstəsinin 8 könüllü gömrükçüsünün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyəti uğurla başa çatıb. Bu münasibətlə 6 iyun 2023-cü il tarixində keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Minarə Qafarova və könüllü gömrükçülər iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım könüllü gömrükçülərin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində uğurlu fəaliyyətlərini yüksək qiymətlənidirib və onlara gələcək işlərində nailiyyətlər diləyib. Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev könüllü gömrükçülərə hər zaman məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə əldə etdikləri bilik və bacarıqları daim inkişaf etdirməyi tövsiyə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə çıxış edən könüllü gömrükçülər onlar üçün yaradılmış şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, kuratorlarına və kollektivə dərin təşəkkürlərini bildiriblər.

Könüllü gömrükçülərimiz Ləman Xəlilzadə, Rəna Əlicanlı, Gülşən Hüseynli, Nargin Məmmədova, Aydan Vəliyeva, Səkinə Cəbrayilova, Aydan Hacıyeva və Nərgiz Əliyevaya təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, könüllü gömrükçülərin Məkəzi Gömrük Hospitalının şöbələrində əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların işgüzar karyeralarına müsbət təsir göstərəcək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti