...

Yanvar-may aylarında Türkiyə Qırğızıstana polad ixracını 15 milyon dollardan çox artırıb

İqtisadiyyat Materials 8 İyun 2023 17:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Qırğızıstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artaraq 15,8 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qırğızıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz artıraraq 4,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz azalaraq, 5,9 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 34,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 317,4 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti