...

Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək - ABADA

İqtisadiyyat Materials 15 İyun 2023 14:09 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək - ABADA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF 2023) çərçivəsindəki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı: avtomobil nəqliyyatı multimodal daşımaların mühüm hissəsi kimi” mövzusunda panel iclasında deyib.

"Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Bununla əlaqədar olaraq, son zamanlarda müzakirə olunan regiondakı bütün nəqliyyat dəhlizlərinin açılmasının strateji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Düşünürük ki, Zəngəzur dəhlizinin açılması "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını sürətləndirəcək", - H.Həsənov deyib.

O, həmçinin Azərbaycanda beynəlxalq yükdaşımalarda sərhəd keçidlərinin sadələşdirilməsi məqsədilə biznes və beynəlxalq ticarət üçün daha əlverişli şəraitin təmin olunması üzrə ardıcıl işlərin görüldüyünü əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti