...

Nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialının genişləndirilməsi Azərbaycanın prioritetlərindən biridir - ABADA

İqtisadiyyat Materials 16 İyun 2023 09:10 (UTC +04:00)
Nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialının genişləndirilməsi Azərbaycanın prioritetlərindən biridir - ABADA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialının genişləndirilməsi Azərbaycanın nəqliyyat siyasətinin mühüm prioritetlərindən biridir.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF 2023) çərçivəsindəki “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı: avtomobil nəqliyyatı multimodal daşımaların mühüm hissəsi kimi” mövzusunda panel iclasında deyib.

"Azərbaycanın əlverişli coğrafi mövqeyi dünya nəqliyyat sistemində, o cümlədən həm Asiya, həm də Şimal və Cənub regionlarında ən qısa nəqliyyat dəhlizlərinin yaradılması məsələsində ölkənin rolunu daha da artırır. Nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialının genişləndirilməsi Azərbaycanın nəqliyyat siyasətinin mühüm prioritetlərindən biridir", - H.Həsənov deyib.

O, Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı kimi möhtəşəm nəqliyyat layihələrində iştirak etdiyini qeyd edib.

H.Həsənov son illərdə Azərbaycanda 19 000 km uzunluqda avtomobil yolunun və 400 km uzunluqda dəmir yolunun inşa edildiyini və əsaslı təmir olunduğunu, yeni hava limanlarının istismara verildiyini, avtomobil və dəmir yollarının inşasının, dəniz və hava yük donanmasının bazasının möhkəmləndirilməsinin, Bakı Beynəlxalq Dəniz Limanının inşasının və Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycanı iri beynəlxalq nəqliyyat-logistika qovşağına çevirdiyini əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti