...

MilliÖN artıq m10-da

İqtisadiyyat Materials 16 İyun 2023 09:30 (UTC +04:00)

Bakı. Trend:

“Xalq brendi” kimi tanıdığınız MilliÖN ödəmə terminallarının ödənişləri artıq m10 tətbiqinə gətirildi. İndi artıq yerə getmədən telefonunuzda bütün ödənişləri m10 ilə etmək mümkündür. Üstəlik m10 nağd ödəməkdən daha sərfəlidir.

PashaPay şirkətinin nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabısı m10 ilə hər ödənişinizdə əlavə keşbeklər qazanacaqsınız (bank və kredit ödənişləri istisna olmaqla)! Mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası, kredit üzrə borcları və yüzlərlə digər ödənişləri m10 ilə etmək rahat və təhlükəsizdir.

m10 tətbiqindən tək nömrənizlə qeydiyyatdan keçib, balansınızı MilliÖN terminalı və ya bank kartınız vasitəsilə artıra bilərsiniz. Ölkədaxili sürətli köçürmələri komissiyasız həyata keçirmək, eləcə də balansdakı pulu istənilən Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdırmaq olar.

Xəbər lenti

Xəbər lenti