...

Daha bir müəssisə 200 min manat güzəştli kredit alıb

İqtisadiyyat Materials 22 İyun 2023 12:14 (UTC +04:00)
Daha bir müəssisə 200 min manat güzəştli kredit alıb

Bakı. Trend:

Azza MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.

Trend xəbər verir ki, bu sözləri Mikayıl Cabbarov özünün tviter səhifəsində paylaşıb.

Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.

Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti