...

"Infinix"dən mobil geyminq yenilikləri: NOTE 30 seriyası artıq “Baku Electronics” mağazalarında

İqtisadiyyat Materials 23 İyun 2023 10:45 (UTC +04:00)
"Infinix"dən mobil geyminq yenilikləri: NOTE 30 seriyası artıq “Baku Electronics” mağazalarında

Bakı. Trend:

Infinix beynəlxalq texnologiya şirkəti və Azərbaycanın ən böyük elektronika mağazalarından biri olan “Baku Electronics” Azərbaycanda NOTE 30 seriyalı smartfonların rəsmi satışına başladığını elan edib.

NOTE 30 və NOTE 30 VIP modelləri ilə də təmsil olunan seriyanın ölkəmizdə əsas fokus modeli NOTE 30 Pro-dur.

NOTE 30 Pro Android 13 bazasında XOS 13 əməliyyat sistemi ilə işləyən, böyük və resurs tutumlu tapşırıqların həlli üçün nəzərdə tutulmuş sürətli smartfondur.

Smartfon PD 3.0 beynəlxalq sürətli şarj standartını dəstəkləyir ki, bu da istifadəçilərin cihazı sürətli şəkildə enerji ilə doldurmalarını təmin edir.

Smartfonun əsas özəlliklərindən biri 68W Universal Sürətli Şarj və 15W Simsiz Sürətli Şarj qurğusu ilə birlikdə təqdim olunmasıdır. Yəni bu qurğuları ayrıca sifariş vermək və bunun üçün artıq ödəniş etməyə gərək yoxdur.

NOTE 30 Pro hamar və həssas 120Hz gözqoruyucu ekrana malikdir. Cihaz 16GB RAM-a qədər genişləndirilə bilən operativ yaddaşa və 256GB ROM daxili yaddaşa malikdir.

Smartfonlarda misilsiz səs keyfiyyəti JBL şirkətinin texnologiyaları sayəsində təmin edilib. 6,67 düym diaqonallı böyük ekran 1080 x 2400 təsvir ölçülü AMOLED texnologiyası ilə hazırlanıb.

İnqilabi şarj

Smartfon innovativ şarj həlləri ilə təchiz olunub. 68W Universal Sürətli Şarj qurğusu 5000 mAh batareyanı cəmi 30 dəqiqə ərzində 1%-dən 80%-ə qədər enerji ilə doldurur. NOTE 30 Pro komplektinə, həmçinin 15W-a qədər simsiz şarj qurğusu da daxildir. Model sənaye standartlarından 25% yüksək olan 1000 tam şarj dövrü resursu sayəsində yüksək davamlılığa zəmanət verir.

NOTE 30 Pro, həmçinin fövqəladə hallarda böyük üstünlük ola biləcək digər cihazları tərs simsiz şarjı (reverse wireless charging) dəstəkləyir.

Mobil məzmunun istehlakında üstün rahatlıq

NOTE 30 Pro, istifadədən asılı olaraq yeniləmə sürətini tənzimləmək üçün Infinix Smart Refresh və Magellan Engine texnologiyaları əsasında işləyən 120Hz yeniləmə tezliyi ekranına malikdir ki, bu, daha az enerji sərf edilməsinə rəğmən rahat iş rejimini təmin edir.

İstifadəçilərin oyun oynamasından və ya video izləməsindən asılı olmayaraq, Hi-Res sertifikatı, həmçinin JBL-dən olan stereodinamiklər və displey sayəsində smartfon əsl film təəssüratı yaradır. Bundan əlavə, ekrandan uzun müddət istifadə zamanı istifadəçilərin gözlərini qorumaq üçün TUV Rheinland sertifikatlı göz mühafizə rejimi mövcuddur.

Performansda yenilik

Böyük RAM (16GB-a qədər) və yüksək həcmdə yaddaşın (256GB-a qədər) birləşməsi istifadəçilərə son dərəcə cəlbedici qiymətə həqiqətən məhsuldar smartfon əldə etməyə imkan verir. Smartfon 2 TB-a qədər ayrıca yuvası olan SİM-kartlar üçün ikili slotla təchiz olunub ki, bu da onu bir cihazda iki nömrə istifadə edənlər üçün optimal edir və dəyişdirilə bilən yaddaş kartlarından istifadə etmək imkanı yaradır.

NOTE 30 Pro, həmçinin şirkətin yeraltı mərtəbələr, liftlər, şəhərkənarı ərazilər və s. kimi lokasiyalarda mobil rabitə siqnalının gücünü əhəmiyyətli dərəcədə yaxşılaşdıran innovativ Ultra Power Signal texnologiyasına malikdir. Süni intellektin köməyi ilə o, həm də antenaları sərbəst dəyişə, şəbəkəni sürətləndirə və oyun proqramlarından istifadə edərkən, məzmun yükləyərkən və videolara baxarkən gecikmələri azalda bilər. NOTE 30 xətti üzrə bütün modellər şəbəkə məzmununun fasiləsiz istehlakını təmin edərək, mobil rabitə siqnalının gücünü 40%-ə, WiFi siqnalını isə 100%-ə qədər artırma xüsusiyyəti ilə təmin edilib.

İstənilən şəraitdə yüksək keyfiyyətli şəkillər

NOTE 30 Pro istənilən şəraitdə valehedici kadrlar üçün yüksək keyfiyyətli optika ilə təchiz olunub. NOTE 30 Pro seriyasının çəkiliş imkanları istifadəçilərə eyni anda həm ön, həm də arxa kameralardan anı əbədiləşdirməyə imkan verən ikili video rejimi kimi xüsusiyyətlərlə daha da təkmilləşdirilib. “Change Sky” filtri şəkillərinizə səma rəngi verməyə imkan verir. “Küçə fotoqrafı” rejimi istifadəçilərə küçə fotoqrafiyası sənətini mənimsəməyə kömək edir. Bu xüsusiyyətlər sizə bir neçə kliklə heyrətamiz şəkillər çəkməyə şərait yaradır. Smartfonun əsas kamerası 108 meqapiksel, ön kamerası isə 32 meqapikseldir.

Qeyd edək ki, NOTE 30 Pro, həmçinin 45W universal sürətli şarj, 16GB genişləndirilə bilən RAM, 256GB daxili yaddaş, 120Hz yeniləmə tezliyi ilə 6.78" FHD+ gözə qulluq ekranı və 64 meqapiksel kamera ilə təchiz edilmiş bir çox inkişaf etmiş xüsusiyyətlərə malikdir.

NOTE 30 Pro-nu Bakı, Sumqayıt, Gəncə, Quba, Lənkəran və respublikanın digər şəhərlərində yerləşən bütün Baku Electronics mağazalarında əldə etmək olar.

NOTE 30 Pro-nu paytaxtdakı 14 Baku Electronics mağazasının hamısında, həmçinin Sumqayıt, Xırdalan, Gəncə, Quba, Lənkəran və ölkənin digər səkkiz rayonunda əldə etmək olar. Smartfonları nağd, yaxud ilkin ödənişsiz, faizsiz, ayda cəmi 63 manat ödəməklə almaq imkanı var. Telefonları buraya klikləyərək evinizə və ya ofisinizə pulsuz çatdırılma ilə sifariş edə bilərsiniz.

NOTE 30 Pro smartfonlarını isə linkinə klikləyərək sifariş edə bilərsiniz.

NOTE 30 isə ilkin ödənişsiz, faizsiz, hissə-hissə ayda 46 manat ödəməklə təqdim olunur

https://www.instagram.com/reel/CtqfXqagDAV/?igshid=MTc4MmM1YmI2Ng

https://www.instagram.com/reel/CtqfZ0ZAUbL/?igshid=MTc4MmM1YmI2Ng

Məqalədə:
Xəbər lenti

Xəbər lenti