...

Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır - Fransa səfiri

İqtisadiyyat Materials 25 İyun 2023 11:32 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır

Trend bazar günü xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon "Alstom"un tədris mərkəzinin (dəmir yolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.

Səfir qeyd edib ki, Fransa və fransız şirkətləri Azərbaycanın nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır.

Onun sözlərinə görə, "Alstom" tədris mərkəzi Azərbaycan Texniki Universitetinin bazasında dəmiryolu işçilərinin hazırlanması prosesinə yeniliklər gətirir və ən son texnologiyaları tətbiq edir.

"Hamımız yaxşı bilirik ki, bu gün Azərbaycan nəqliyyat və logistika habıdır. Ölkə möhtəşəm dəmir yolu və digər dəhlizlərə, həmçinin beynəlxalq əhəmiyyətli marşrutlara malikdir. Fransa fransız şirkətləri, xüsusən "Alstom"la yanaşı nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır", - deyə A.Buayon qeyd edib.

Səfir Fransanın Bakıda və Gəncədə də bir sıra dəmiryolu layihələrini maliyyələşdirəcəyini vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti