Qusar. Trend:
Ötən il 109 mindən çox ziyarətçi Şahdağa səfər edib, hotellərdə 60 minə yaxın qonağa xidmət göstərilib.
Trend xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.
O qeyd edib ki, bu ilin yanvar-iyun aylarında 70 minə yaxın qonaq qəbul edilib.
"Hotel xidmətlərindən isə 26 min turist istifadə edib", - deyə o qeyd edib.