...

Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

İqtisadiyyat Materials 18 İyul 2023 14:36 (UTC +04:00)
Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 9-11 noyabr tarixlərində CAR-ın Yohannesburq şəhərində keçiriləcək "Halal Trade, Logistics & Manufacturing Expo" sərgisində təmsil olunacaq.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Əşrəf Əl-Tanbuli İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclası çərçivəsində "ICHS-nin halal bazara çıxış üzrə yeni təşəbbüsləri" tədbirində deyib.

"Halal ticarət, logistika və istehsalat sərgisi Afrikanın halal və əlaqədar sahələrinin qlobal inkişafına yönəlməklə sahə üzrə peşəkarların geniş spektrini cəlb edir", - deyə qeyd edib.

Onun sözlərinə görə, sərgidə Asiya, Yaxın Şərq, Afrika, Avropa və Amerikanın 65 ölkəsindən 200-dən çox Cənubi Afrika və beynəlxalq şirkət iştirak edəcək.

""В выставке Halal Trade, Logistics and Manufacturing Expo 2023" sərgisində Halal standartı ilə sertifikasiya olunmuş və ticarətə hazır şirkətlər, alıcılar, aparıcı brendlər, istehsalçılar, distribüterlər və təchizatçılar iştirak edəcəklər", - o deyib.

Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.

İclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir də daxil olmaqla bir sıra ölkələrdən geniş tərkibli nümayəndə heyətləri və sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzularda panel müzakirələrdə, ölkələrin iqtisadi potensialının təqdimatlarında və B2B formatında görüşlərdə iştirak edəcək, bir sıra iri kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək və əməkdaşlıq barədə bir sıra sənəd imzalayacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti