Bakı. Trend:
2023-cü ilin yanvar-iyun aylarında banklar 563.3 mln. manat xalis mənfəət əldə edib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur.
Hesabat dövrü üzrə bank sektorunun 772.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da bir əvvələ nisbətən 26% artım deməkdir.
2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 mln. manat məbləğində mənfəət vergisi ödənilib.