...

Bu su anbarı ilə 8,8 min hektar torpaq sahəsi suvarılacaq - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Materials 4 Sentyabr 2023 14:50 (UTC +04:00)
Bu su anbarı ilə 8,8 min hektar torpaq sahəsi suvarılacaq - RƏSMİ AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bərgüşadçay su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 24.11.2022-ci ildə başlanılıb və 24.09.2024-cü il tarixinə yekunlaşdırılması nəzərdə tutulur.

Bunu Trend-ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su anbarının həcmi 67 milyon kubmetrdir.

"İşlərin 25%-i yerinə yetirilib. Su anbarından əhalinin içməli su təchizatı ilə bağlı alternativ təkliflər hazırlanır. Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral suvarma kanalının layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 8,8 min hektar yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılması, habelə Beyləqan İmişli, Saatlı, Sabirabad rayonlarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur", - deyə D.Şərifov qeyd edib.

Qeyd edək ki, Bərgüşadçay su anbarının yeri topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda - Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib. Su anbarından suyun təzyiqli boru kəməri ilə veriləcəyi halda ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti