...

İsrail şirkətləri Qarabağın reinteqrasiya layihələrinə cəlb ediləcək (FOTO)

İqtisadiyyat Materials 4 Sentyabr 2023 17:53 (UTC +04:00)
İsrail şirkətləri Qarabağın reinteqrasiya layihələrinə cəlb ediləcək (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəmlidir.

Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bildirilib.

E. Əliyev qeyd edib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlərin davam etdiriləcək.

Qeyd edilib ki, Azərbaycanla İsrail müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərir. Yüksək səviyyəli səfərlər, keçirilən görüş və tədbirlər münasibətlərin inkişafında önəmli rol oynayır. 3-cü iclası bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya tərəfdaşlığın inkişafı üçün mühüm platformadır. Ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 %-dən çox artıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir.

İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, energetika, sənaye zonaları və aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, humanitar və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən, Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti