Bakı. Trend:
Yanvar-avqust aylarında qaz ixracı 9% artıb.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Avropaya 7.6 milyard kubmetr, Türkiyəyə 6.7 milyard kubmetr, Gürcüstana isə 1.5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3.8 milyard kubmetr qazla təchiz edib", nazir qeyd edib.
"Bu ilin 8 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 20.3 milyon ton, ixracı isə 17 milyon ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32.2 milyard kubmetr qazın 15.8 milyard kubmetri ixrac edilib", - nazir vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan 22,3 milyard kubmetr qaz ixrac edib ki, bu da ümumi qaz hasilatının (46,7 milyard kubmetr) 47,7 faizini təşkil edib.