...

Qeyri-neft-qaz sektoruna 13.4 mlrd. manat investisiya qoyulması proqnozlaşdırılır

İqtisadiyyat Materials 22 Sentyabr 2023 14:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sonunda Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 13,4 milyard manat, 2027-ci ildə isə 16,9 milyard manat proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilir ki, 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7%, ortamüddətli dövrdə isə orta illik 1,6% artım olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin sonunda qeyri-neft-qaz sektoru üzrə investisiyalar 12871,9 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti