...

Yeni qanun layihəsi bankların vətəndaşları aldatmasına imkan verməyəcək

İqtisadiyyat Materials 27 Sentyabr 2023 12:36 (UTC +04:00)
Yeni qanun layihəsi bankların vətəndaşları aldatmasına imkan verməyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin qəbul edilməsi banklar tərəfindən qiymətləndirmə aparılan zaman vətəndaşın əmlakın aşağı qiymətləndirilməsi və satışa çıxarılma zamanı da aşağı qiymətlərlə satılmasının qarşısını alacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, qanun layihəsi qiymətləndirmə sahəsində yeni meyyarları nəzərdə tutur.

“Layihənin əsas üstünlüklərindən biri əmlakın qiymətləndirilməsində müstəqillik və obyektivliyin daha da gücləndirilməsi və bununla bağlı institutsional islahatların həyata keçirilməsindən ibarətdir. Qanun layihəsinin qəbul edilməsi əmlakın daha doğru və bazar qiymətlərinə uyğun dəyərləndirilməsinə imkan verəcək.

Bu xüsusən də son dövrlər daha aktuallaşmış və bu sektorda əsas çətinliklərdən birinə çevrilən banklarla vətəndaşlar arasındakı mübahisələrin kəskin şəkildə azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, qanun layihəsinin qəbul edilməsi əmlakın yeni meyyarlarla qiymətləndirilməsinə imkan verəcək, nəticədə banklar tərəfindən bu konteksdə vətəndaşların aldadılması və ya əmlakın girov kimi daha aşağı qiymətləndirilməsi və ya satışa çıxarılan zaman daha ucuz qiymətə satılmasının qarşısını alacaq.

İndi əsas problemlərdən biri banklar tərəfindən qiymətləndirmə aparılan zaman əmlakın aşağı qiymətləndirilməsi və satışa çıxarılma zamanı da aşağı qiymətlərlə satılmasıdır. Ona görə də gözlənilir ki, qanunun qəbul edilməsi banklar və vətəndaşlar arasında uzun müddətdir müşahidə edilən ənənəvi problemlərdən birinin həllinə gətirib çıxara bilər”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, qanun layihəsi sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti