Bakı. Trend:
Böyük neft istehsalçıları dünya qarşısında “yaşıl enerji”yə keçid üçün lazımi şərait yaratmaq baxımından məsuliyyət daşıyırlar.
Trend-in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) energetika naziri Süheyl əl-Məzrui Yaxın Şərq və Şimali Afrika üçün Regional İqlim Həftəsində deyib.
“Burada ən böyük karbohidrogen istehsalçıları kimi iştirak edən üçümüz (Səudiyyə Ərəbistanının energetika naziri, BƏƏ-nin energetika naziri, İraqın neft naziri – red.) keçid dövrünü təmin etmək, keçid dövrünü kifayət qədər enerji resursları ilə təmin etmək üçün dünya qarşısında məsuliyyət daşıyırıq”, - deyə o bildirib.