Bakı. Trend:
Yelo Bank üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına
dəstək hər zaman prioritetdir. Bu məqsədlə Bank, Sahibkarlığın
İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində xüsusi güzəştli biznes
krediti təklif edir.
Təsərrüfatını böyütmək istəyən sahibkarlar 10 milyon manatadək
biznes kreditini illik cəmi 5% ilə Yelo Bank-dan əldə edə bilərlər.
Kreditin maksimal müddəti 60 aydır. Bu krediti fərqləndirən əsas
xüsusiyyət isə onun təmin etdiyi əlavə üstünlüklərdir: belə ki,
kredit əldə etmiş sahibkarlara kredit müddətinin yarısınadək güzəşt
müddəti də (maks. 12 ay) təqdim edilir.
Qeyd edək ki, Yelo Bank-ın ümumi kredit portfelinin mühüm qismini
biznes kreditləri təşkil edir. Bank cari il ərzində böyük
əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real
sektorun maliyyələşdirilməsinə dəstək göstərib. Bank və SİF
arasında olan bu əməkdaşlıq iqtisadi artımın təşviqi və sahibkarlıq
uğurları üçün əlverişli mühitin yaradılması istiqamətində mühüm
addımdır. Yelo Bank bütün sahibkarları bu unikal fürsəti
dəyərləndirməyə və biznes arzularını həyata keçirməyə dəvət
edir.
Daha ətraflı: https://bit.ly/ylkdjnt
Bank xidmətləri, eləcə də SİF kreditləri ilə
bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.