Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Qovlar Yem" MMC-yə Tovuzda quş yemi istehsalı layihəsini həyata keçirmək üçün 250 min manat güzəştli kredit ayırıb.
Trend xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.
"Layihənin reallaşdırılması bu sahədə yüksək olan idxaldan asılılığın azalmasına müsbət təsir edəcək", - deyə o, qeyd edib.