...

Onlayn nəzarət-kassa aparatları ilə dövriyyə artıb

İqtisadiyyat Materials 13 Noyabr 2023 12:34 (UTC +04:00)
Onlayn nəzarət-kassa aparatları ilə dövriyyə artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 94.020 ədəd yeni nəsil NKA quraşdırılıb.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti