...

Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

İqtisadiyyat Materials 13 Noyabr 2023 13:37 (UTC +04:00)
Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2023-cü ilin oktyabr ayında Türkiyə limanları 33 milyon 718 min 870 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 420 min 465 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 298 min 405 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 273 min 241 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 326 milyon 329 min 82 ton yük qəbul edib.

“2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 187 min 613 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 302 milyon 141 min 469 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 56 milyon 996 min 122 ton transit yük daşınıb.

Qeyd edək ki , bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Məlumat üçün bildirək ki ,2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti