...

Azərbaycanda neft-qaz sektoruna investisiyanın həcmi 20 faizdən çox artıb

İqtisadiyyat Materials 19 Noyabr 2023 06:06 (UTC +04:00)
Azərbaycanda neft-qaz sektoruna investisiyanın həcmi 20 faizdən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında neft-qaz sektoruna 4 milyard 913,5 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, həmin dövr ərzində ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 945,2 milyon manat səviyyəsində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti