...

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

İqtisadiyyat Materials 29 Noyabr 2023 17:50 (UTC +04:00)
Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda son 20 ildə xeyli çoxmərtəbəli yaşayış binaları tikilib.

Bu binaların da çoxu Mənzil-Tikinti Kooperativləri tərəfindən tikilərək sakinlərin istifadəsinə verilir. Ancaq bina istifadəyə verildikdən sonra sakinlərin əsas narazılığı kommunal haqların yığılması və onun məbləği ilə bağlı olur.

Belə ki, həmin binalarda yaşayan sakinlərin bildirdiyinə görə mənzilin sahəsi dövlət çıxarışında az göstərilsə də, kommunal xidmətlərə görə MTK-ya daha çox kvadratmetr üçün ödəniş edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, MTK-lar mənzil satanda kvadratını daha böyük göstərirlər.

"Mənzilin iç, çöl, arakəsmə divarları, havalandırma xətləri və bəzi yerləri evin sahəsi kimi hesablanır. Amma Şəhərsalma və Tikinti Məcəlləsində belə bir maddə var ki, mənzillər satılarkən iç və çöl divarlar, məhəccərlər, havalandırma xətləri evin sahəsinə salınmamalıdır. Bu səbəbdən də dövlət çıxarışı veriləndə bu sahələr görtərilmir. Çıxarışda MTK-nın satdığı mənzilin kvadratı az göstərilir.

Vətəndaş mənzilinə çıxarış alarkən mütləq şəkildə çıxarışın surətini tikinti şirkətinə təqdim etməlidir və müqavilənin yenilənməsini tələb etməlidir. Bundan sonra ödənilən kommunal ödəniş aşağı salına bilər. Əgər MTK-lar vətəndaşdan pul yığırsa, onlar arasında xidməti müqavilə imzalanmalıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti