...

2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq

İqtisadiyyat Materials 1 Yanvar 2024 13:00 (UTC +04:00)
2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq

Bakı. Trend:

Yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq.

Trend xəbər verir ki, istehsal tarixinə görə avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli qərarına əsasən həyata keçirilir.

Belə ki, istismar müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı 29 mart 2023-cü il tarixdə qərar qəbul edilib.

Qətnamənin məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək verilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti