...

Baş planın təsdiqlənməsindən sonra evlərin QİYMƏTİ BAHALAŞACAQ? (VİDEOMÜSAHİBƏ)

İqtisadiyyat Materials 8 Yanvar 2024 20:20 (UTC +04:00)
Baş planın təsdiqlənməsindən sonra evlərin QİYMƏTİ BAHALAŞACAQ? (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planın təsdiqi Bakıda mənzillərin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, paytaxtın mərkəz hissələrində demək olar boş yer yoxdur.

"Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək. Plandan görünür ki, paytaxtın mərkəzi hissələrində binalar az sayda tikiləcək.

Ümumilikdə isə fərdi evlərin söküntüsü onların yerində yenilərinin tikilməsi ilə nəticələnəcək. Bu özü də bir xərc yaradacaq. Bina tikintisi ilə məşğul olan sahibkarlar özləri də qeyd edirlər ki, xərclər artıb.

Əsasən torpağın və inşaat materiallarının qiyməti bahalaşıb. Oal bilər ki, Bakının mərkəzi hissələrində hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacaq. Az miqdarda binaların tikilməsi ancaq bunun qarşılığında tələbin yüksək olması qiymətlərə təsir göstərəcək", - deyə o, əlavə edib.

Ekspert bu il paytaxtda mənzillərin qiymətinin necə olacağına da toxunub.

"Bu il paytaxtın mərkəzinə yaxın yeni hündürmərtəbəli binalarda bir kvadratmetrin qiyməti 2000 manatdan yuxarı, tam mərkəzdə isə 3000 mindən yuxarı olacağı gözlənilir. Yeni tikililərin qiymətinin bahalaşması köhnə binalardakı mənzillərin də qiymətinin bahalaşmasına səbəb olacaq", - deyə o, qeyd edib.

Qeyd edilib ki, Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada da təqribən 200,0 min mənzilin təmin edilməsi mümkün olacaq. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

Geniş videomüsahibəni təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti