...

“Fitch” Ermənistan iqtisadiyyatının Rusiyadan çox asılı olduğunu bildirir

İqtisadiyyat Materials 28 Yanvar 2024 11:55 (UTC +04:00)
“Fitch” Ermənistan iqtisadiyyatının Rusiyadan çox asılı olduğunu bildirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Ermənistan iqtisadiyyatının ticarət və energetika sahəsində Rusiyadan güclü asılılığını bəyan edir.

Trend xəbər verir ki, agentlik İrəvanla Moskva arasında münasibətlərin gərgin olaraq qaldığını qeyd etməklə yanaşı, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmir.

"Ermənistan bank sektorundakı Rusiya müəssisələrinə qarşı Qərb sanksiyalarını tətbiq etməkdə davam edir. Bununla belə, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb. ”, - deyə Fitch hesabatında qeyd edilir.

Bundan əlavə, reytinq agentliyi Cənubi Qafqazda geosiyasi risklər barədə xəbərdarlıq edir.
Fitch analitikləri həmçinin bildirirlər ki, 2023-cü ilin sentyabr hadisələrindən sonra Ermənistan Azərbaycanla sülh sazişi bağlamağa çalışır.

“Fikrimizcə, geosiyasi risklər hələ də qalmaqdadır, çünki iki ölkə arasında bir sıra mübahisəli məsələlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Ermənistanın ərazisindən keçəcək Naxçıvan arasında açıq quru əlaqəsi və bəzi ərazilərdə sərhədlərin müəyyənləşdirilməsi məsələsi qalır ”, - deyə hesabatda bildirilir.

Fitch ekspertləri Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı bəzi pessimist proqnozlar da veriblər.

“Xarici valyutada ifadə olunan dövlət borcunun yüksək (azalmaqda olsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması müşahidə olunur.
Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək.
Fitch-in daha zəif dramla bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla daha yüksək inflyasiyaya səbəb olacaq ”, - deyə hesabatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti