...

Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb

İqtisadiyyat Materials 29 Yanvar 2024 18:12 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 29-da Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb.

Hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000 (6%) və 101.3741 (5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800 ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20,000,000 ABŞ dolları təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000 (6 %) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433 (5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.

Qeyd edək ki, tədavül müddəti 3 il olan “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların tədavül müddəti 29 yanvar 2027-ci il tarixində bitir.

Xəbər lenti

Xəbər lenti