...

Ötən ay gömrük daxilolmaları nə qədər olub?

İqtisadiyyat Materials 12 Fevral 2024 09:39 (UTC +04:00)
Ötən ay gömrük daxilolmaları nə qədər olub?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları 6.5% azalaraq 473 milyon 728.4 min manat təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 136 milyon 951.8 min manat (ötən ilin eyni dövrünə nisbətən 12.3 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 314 milyon 877.5 min manat (13.9% az), aksizlər üzrə daxilolmalar 18 milyon 507.3 min manat (24.7% çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 391.8 min manat (23.7% az) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti