...

Neft Fondu satdığı vəsaitin həcmini açıqladı

İqtisadiyyat Materials 4 Mart 2024 12:45 (UTC +04:00)
Neft Fondu satdığı vəsaitin həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

2023-cü ilin fevral ayında Dövlət Neft Fondu tərəfindən 356,6 milyon dollar məbləğində vəsait satılıb.

Qeyd edək ki, ARDNF 1999-cu ildə yaradılıb və həmin dövrdə onun aktivləri 271 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu haqqında əsasnaməyə əsasən, onun vəsaiti strateji əhəmiyyətli infrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasına, habelə mühüm ümummilli problemlərin həllinə yönəldilə bilər.

ARDNF-nin əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirləri minimuma endirmək üçün vəsaitlərin toplanması və fond vəsaitlərinin xaricdə yerləşdirilməsi, gələcək nəsillər üçün vəsaitlərin toplanması və ölkədə cari sosial-iqtisadi proseslərin saxlanılması.

Yanvarın 7-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti