...

Azərbaycan qaz hasilatını ARTIRIB

İqtisadiyyat Materials 12 Mart 2024 09:47 (UTC +04:00)
Azərbaycan qaz hasilatını ARTIRIB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd. kubmetr qazın 4,1 mlrd. kubmetri ixrac olunub.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.

"Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub. Bu dövrdə 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd.m kubmetr qazın 4,1 mlrd. kubmetri ixrac olunub", - paylaşımda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti