...

Çin və Azərbaycan arasında ticarət olduqca parlaq gələcək vəd edir - ŞƏRH

İqtisadiyyat Materials 27 Mart 2024 17:34 (UTC +04:00)
Çin və Azərbaycan arasında ticarət olduqca parlaq gələcək vəd edir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizlə Çin arasında iqtisadi-siyasi əlaqələr yüksək səviyyədədir.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O bildirib ki, 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət əlaqəsinin həcmi digər illərlə müqayisədə 21% artaraq, 2 milyard 200 milyon dollara yaxınlaşıb.

"Bu tendensiya davam edir. Belə ki, bu ilin göstəricilərinə əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə Çinlə ölkəmiz arasında ticarət dövriyyəsinin həcmi 50%-ə yaxın artıb. Ölkəmiz Çinlə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Çinin Beynəlxalq Dəniz Ticarət Limanından və Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə həmçinin, Çindən Avropaya və geri yüklərin daşınması üçün böyük əməkdaşlıq var", - o deyib.

Ekspert bildirib ki, loqistika və tranzit fəaliyyətində birgə əməkdaşlıq edilir.

"Çin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafında maraqlıdır, eyni zamanda Zəngəzur dəhlizinin açılmasında böyük marağı var. Belə ki, Şərq, Qərb istiqaməti üzrə Çin ticarət dövriyyəsini, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin artmasında maraqlıdır. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli tərəfdaşdır. Nəzərə alsaq ki, Çin ölkəmizin ticarət partnyoru olaraq dördüncü yerdədir. Bu iki ölkə arasında iqtisadi əlaqələrin hansı səviyyədə olduğunu və gələcəkdə böyük perspektiv vəd etdiyini göstərir. Şərq-Qərb dəhlizi nəqliyyatla tam formalaşandan sonra ölkələrimiz arasında iqtisadi-ticari dövriyyə böyüyəcək. Çin və Azərbaycan arasında ticarət olduqca parlaq gələcək vəd edir.", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti