...

BVF Rusiya iqtisadiyyatının əsas təkanverici qüvvələrini açıqlayıb

İqtisadiyyat Materials 16 Aprel 2024 18:11 (UTC +04:00)
BVF Rusiya iqtisadiyyatının əsas təkanverici qüvvələrini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dörd amil Rusiyaya iqtisadiyyatını ayaqda saxlamağa kömək edir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) tədqiqat şöbəsinin direktorunun müavini Petya Koeva Bruks BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində dünya iqtisadiyyatının inkişaf perspektivləri (World Economic Outlook) üzrə məruzəyə həsr olunmuş brifinqdə deyib.

O, birinci amilin bu ölkədən davamlı neft ixracı olduğunu qeyd edib.

"İkinicisi bu, o cümlədən dövlət müəssisələri tərəfindən böyük həcmdə korporativ investisiyalardır. Üçüncüsü, biz həmçinin fərdi istehlakda mühüm dayanıqlıqlıq müşahidə edirik. Sonuncu, lakin bir o qədər önəmli amil dövlət xərcləridir. Hərçənd təhlükəsizliklə əlaqədar və ümumi xərclərdə olduqca böyük artım müşahidə edirik", - o deyib.

BVF ekspertinin sözlərinə görə, Rusiya iqtisadiyyatının artım sürəti Ukraynadakı müharibəyə qədərki göstəricilərdən əvvəlki kimi mühüm dərəcədə aşağıdır.

"Rusiya iqtisadiyyatının əvvəlki kimi maneələrlə üzləşəcəyi gözlənilir", - deyə Bruks əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti