...

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

İqtisadiyyat Materials 23 Aprel 2024 18:10 (UTC +04:00)
PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ

Bakı. Trend:

PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir. Bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başlamışdır. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi olan Umico ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılandı.

Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır.

“Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, - holdinqin mətbuat xidmətindən bildirilib. Beləliklə, yaxın zamanda ölkədə Uklon xidməti fəaliyyətini dayandıracaq.

Xəbər lenti

Xəbər lenti