...

AZPROMO ilə Tacikistan İxrac Agentliyi logistika sahəsindəki təşəbbüsləri müzakirə ediblər

İqtisadiyyat Materials 19 Sentyabr 2024 17:12 (UTC +04:00)
AZPROMO ilə Tacikistan İxrac Agentliyi logistika sahəsindəki təşəbbüsləri müzakirə ediblər
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi ilə Tacikistan hökuməti yanında İxrac Agentliyinin nümayəndə heyəti arasında Bakı şəhərində danışıqlar keçirilib.

Trend bu barədə “AZPROMO”-ya istinadən xəbər verir.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistan hökuməti yanında İxrac Agentliyinin birinci müavini Baxtiyer Nazirmadzoda ilə görüş zamanı ixracın təşviqi mexanizmləri, yaxın vaxtlarda təsdiqlənəcək logistikanın subsidiyalaşdırılması mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, 2 ölkə arasında, eləcə də qonşu ölkələrə tranzit ixracının potensialı yüksəkdir və bu məsələ ilə bağlı əməkdaşlığın inkişafı ən vacib məsələlərdən biridir.

Baxtiyer Nazirmadzoda isə, öz agentliyinin fəaliyyəti, Tacikistanın ticarət dövriyyəsi və tranzit-logistika potensialı haqqında məlumat verib.

Ticarət münasibətlərinin genişlənməsinin Tacikistanın ikitərəfli ticarət əlaqələrinin diversifikasiyasına mühüm töhfə verə biləcəyi vurğulanıb.

Görüşün nəticələrinə əsasən, tərəflər ticarət və logistika sahəsində tərəfdaşlığın gücləndirilməsi perspektivlərini yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti