...

Davamlı inkişafa keçid ESG meyarlarının bank qurumlarının strategiyalarına inteqrasiyasını tələb edir

İqtisadiyyat Materials 3 Oktyabr 2024 18:55 (UTC +04:00)
Davamlı inkişafa keçid ESG meyarlarının bank qurumlarının strategiyalarına inteqrasiyasını tələb edir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Davamlı inkişafa keçid innovativ yanaşma və ESG meyarlarının (ekoloji, sosial və korporativ idarəetmə) bank qurumlarının strategiyaları və biznes modellərinə inteqrasiyasını tələb edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ADA Universitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.

"Maliyyə sektoru davamlı inkişafın dəstəklənməsində mühüm rol oynayır və bu gün biz buradayıq ki, özəl maliyyələşmənin bu prosesə necə töhfə verə biləcəyini müzakirə edək. Davamlı maliyyələşmə məsələsi həm milli, həm də qlobal səviyyədə aktuallığını qoruyur. Biz vacib bir mərhələdəyik: bir tərəfdən iqtisadi artımı dəstəkləməyə borcluyuq, digər tərəfdən isə ətraf mühiti qorumaq məsuliyyətimiz var. Bu, maliyyə sektoru və Mərkəzi Bank üçün əlavə çətinliklər yaradır, çünki iqlim risklərini nəzərə almalı və maliyyə sabitliyini təmin etməliyik", - o bildirib.

O qeyd edib ki, 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimlənməsi üzrə yeni sistemi təsdiqləyib, bu sistemin əsas elementlərindən biri "yaşıl" maliyyə taksonomiyasının tətbiqi olub.

"Biz bu mexanizmi maliyyə qurumlarının fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün hazırlamışıq. Bu il biz banklar üçün iqlim risklərinin idarə olunmasına və davamlı inkişaf prinsiplərinin onların korporativ idarəetməsinə və maliyyə strategiyalarına daxil edilməsinə yönəlmiş yeni tələbləri təqdim etdik. Azərbaycan Mərkəzi Bankı maliyyə sahəsində innovasiyaları dəstəkləmək üçün fəal şəkildə çalışır, iqtisadiyyatın yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də davamlı inkişaf modellərinə uğurlu keçidi üçün şərait yaradır", - Taleh Kazımov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti