Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyar dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.