...

Tranzit marşrutlarının inkişafı MDB-nin infrastrukturunda əsas rol oynayır - Tokayev

İqtisadiyyat Materials 8 Oktyabr 2024 19:15 (UTC +04:00)
Tranzit marşrutlarının inkişafı MDB-nin infrastrukturunda əsas rol oynayır - Tokayev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Moskva. Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında səmərəli ticarət-iqtisadi əməkdaşlıq nəqliyyat dəhlizlərinin inkişafı ilə sıx bağlıdır.

Trend xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvada MDB-nin Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Qazaxıstan artıq əsas beynəlxalq marşrutlar üzrə dəmiryolu infrastrukturunun genişmiqyaslı genişləndirilməsinə başlayıb.

"Keçən il mən MDB-yə üzv dövlətlərin ərazilərindən keçən əsas nəqliyyat arteriyalarının birləşdirilməsi Konsepsiyasının hazırlanmasını təklif etmişdim. Düşünürəm ki, bu işi ən qısa zamanda başa çatdırmaq olar.

Ümumiyyətlə, "Bir kəmər, bir yol", “Şimal-Cənub”, Trans-Xəzər marşrutu və s. kimi qlobal layihələrin yüksək keyfiyyətlə sinxronlaşdırılması Avrasiya qitəsində iqtisadi, institusional və nəqliyyatın vahid inkişaf konsepsiyasını yaratmağa imkan verəcək", - deyə Tokayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti