...

“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 10 Oktyabr 2024 10:41 (UTC +04:00)
“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

10 oktyabr 2024-cü il tarixində “PashaPay” MMC ilə “Azəriqaz” İB arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, imzalanma mərasimi "PAŞA Holdinq"in dördüncü dəfə təşkil etdiyi və regionun ən böyük innovasiyalar tədbirlərindən biri olan “Inmerge İnnovasiya Sammiti”ndə dövlət və özəl tərəfdaşlığı çərçivəsində reallaşıb.

Memorandumun şərtlərinə əsasən, “Azəriqaz” tərəfindən vətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin m10 mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihə çərçivəsində m10 mobil tətbiqində “Azəriqaz” müştərilərinin şəxsi kabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə və müraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsinin yaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimi müxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur. Habelə qaz təchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yarana biləcək sual və ya şikayətlərin dövlət və özəl tərəfdaşlığı çərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq həmçinin müştərilərə m10 mobil tətbiqinin operatoru "PashaPay" MMC-nin aid olduğu ekosistem daxilində təqdim edilən xidmətlərə əlçatanlığını da artırmış olacaqdır, bununla da ekosistemin təqdim etdiyi geniş imkanlardan yararlanmağa imkan yaradacaqdır.

Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyata keçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir və müasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti