...

ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib

İqtisadiyyat Materials 13 Oktyabr 2024 06:00 (UTC +04:00)
ARDNF “Şahdəniz” yatağından 364 milyon dollar gəlir əldə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.

Trend Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti