...

OPEC 2024-cü ilin sentyabrında Azərbaycanda neft hasilatının artması barədə açıqlama verib

İqtisadiyyat Materials 14 Oktyabr 2024 17:10 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2024-cü ilin sentyabr ayında xam neft hasilatı gündə 488 000 barel təşkil edib.

Trend OPEC-in hesabatına isitinadən xəbər verir ki, ölkədə neft istehsalı avqust ayı ilə müqayisədə gündə 6 000 barel artıb (482 000 barel). Bu, həmçinin 2024-cü ilin iyul ayı ilə müqayisədə gündə 1 000 barel artım deməkdir.

Beləliklə, 2024-cü ilin birinci rübündə Azərbaycanda xam neftin orta gündəlik hasilatı 477 000 barel təşkil edib, bundan sonra cari ilin ikinci rübündə bu göstərici 475 000 barelədək azalıb. Üçüncü rübdə istehsal 486 000 barelədək artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 21,6 milyon ton neft və kondensat hasil edilib. Bu həcmin 17,9 milyon tonu əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə ixrac olunub. 2023-cü ilin eyni dövründə istehsal 22,7 milyon ton təşkil edib, bunun 19 milyon tonu ixrac edilib.

2023-cü ildə Azərbaycanda təxminən 30 milyon ton maye karbohidrogen hasil edilib və bu il üçün də eyni miqdarda hasilat planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti