Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub.
Həmçinin rəqəmsallaşma istiqamətindəki layihələrə dair fikir mübadiləsi aparılıb.