Bakı. Trend:
Dövlət Kontrakt Korporasiyası Azərkontrakt Səhmdar Cəmiyyətinin İxtisaslaşmış “Azərlizinq” şirkəti ləğv olunur.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 8 Noyabr prospekti̇, ev 108 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Azərlizinq” şirkəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əliyev Əhliyət İbrahim oğludur.
Eyni zamanda Dövlət Kontrakt Korporasiyası Azərkontrakt Səhmdar Cəmiyyətinin Azərətsüd İcarə Topdansatış Birliyi də ləğv olunduğunu elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Az 1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 6-cı köndələn küçəsi, mənzil 2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərətsüd İcarə Topdansatış Birliyi 2007-ci iləd dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 911,47 manat olan topdansatış birliyinin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur.
Xatırladaq ki, Dövlət Kontrakt Korporasiysı "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin də artıq (ASC) ləğv olunmasına başlanılıb.